About
Gallery
Gest
Files
      İsmayılov Aslan Ziyəddin oğlu 1958-ci ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.

    1975-1977-ci illərdə Krasnodar şəhərinin kompressor zavodunda tornaçı (tokar) işləyib. 1983-cü ildə Rusiya Federasiyasının Kuban Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə ilə bitirib.

    1983-1986-cı illərdə RF-ın Stavropol diyarının Neftekumsk şəhərində xalq hakimi əvəzi, Andropov rayon xalq məhkəməsinin hakimi vəzifələrində işləyib.

    1986-1989-cu illərdə Stavropol diyarının Zelençuk rayon xalq məhkəməsinin sədri olub.

    1989-1993-cü illərdə Azərbaycan Respublikası Prokurorluğunda məhkə-mələrə nəzarət şöbəsinin prokuroru, 1993-1994-cü illərdə isə AR Prezidenti Aparatının dövlət-hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

    1996-2002-ci illərdə Budapeşt, Varşava, Haaqa, Strasburq və digər şəhərlərdə insan haqları ilə bağlı təşkil olunmuş tədris kurslarında təhsil alıb.

    1996-cı ildən “VİZA” hüquq firmasının, 2006-cı ildən “Aslan İsmayılov və Partnyorları” vəkil bürosunun təsisçisidir.

    1996-cı ildən BMT-nın Nyu-York, Cenevrə, ATƏT-in Vyana, Varşava, Avropa Şurasının Strasburq ofislərində çoxsaylı tədbirlərdə iştirak edib.

    ABŞ-ın Kolumbiya, Pitsburq, Fordom universitetlərində, Korneqi fondu, Sülh və Demokratiya institutunda, Azadlıq radiosunun Vaşinqton ofisində və digər çoxsaylı tədbirlərdə çıxış edib və mətbuat konfransları keçirib.

    Fəlsəfə elmləri üzrə fəlsəfə doktorudur.

    Ailəlidir, 3 övladı var.
 
Ana sahife